Keçirilmiş təqdimatda ARDNŞ-nin Baş ofisinin, “Azneft” İB-nin, “Neftqazelmitədqiqatlayihə” İnstitutunun, QAİİ-nin əməkdaşları iştirak etmişlər. Təqdimatda çıxış edən “Kompleks geokimyəvi tədqiqatlar” ASC-nin direktoru İ.Myasnikov Qaradağ anbarında aparılmış araşdırma barədə ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, ərazidən götürülmüş süxur və hava nümunələrinin əsasında aparılan tədqiqatlar Qaradağ yeraltı qaz anbarının kipliyinin öyrənilməsinə yönəldilmişdir. Alınmış məlumatlar əsasında karbohidrogen qazlarının tərkibində olan komponentlərin sahə üzrə paylanması, istismar horizontlarının bloklara bölünməsi aşkarlanmış və müvafiq xəritələr qurulmuşdur. Alınan nəticələr Qaradağ yeraltı qaz anbarının qazvurma-qazgötürmə proseslərinin effektiv idarə edilməsi və aktiv qaz həcmlərinin dəqiq hesablanmasında istifadə ediləcəkdir. Dinləmələrdə iştirak edən mütəxəssislər tərəfindən aparılmış müzakirələrdə yerinə yetirilmiş iş qənaətbəxş hesab edilmişdir.
↧