Məktubda QDUŞ-un Beynəlxalq Daimi Katibliyinin adından BANM-nin tədris və elmi-tədqiqat sahəsində malik olduğu potensialın təşkilatın fəaliyyətinə layiqli töhfə verəcəyinə əminlik ifadə olunur. QDUŞ Qara Dəniz İqtisadı Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının tövsiyəsi əsasında Qara Dəniz Regionu rektorlarının 1998-ci ildə Konsanta (Rumıniya) şəhərində keçirilmiş 2-ci konfransında təsis olunmuşdur. Təşkilat Qara Dəniz Regionunda universitetlər arasında elmi əməkdaşlıq çərçivəsində əlaqələrin qurulması məqsədilə yaradılmışdır və Qara Dəniz İqtisadı Əməkdaşlıq Təşkilatının üzvü olan 12 ölkənin (Albaniya, Azərbaycan, Bolqarıstan, Gürcüstan, Yunanıstan, Moldova, Rumıniya, Rusiya Federasiyası, Serbiya, Türkiyə, Ukrayna və s. ) 100-dən artıq universitetini birləşdirir.
↧