Quantcast
Channel: SOCAR News feed
Viewing all articles
Browse latest Browse all 808

Böyük Britaniyada ARDNŞ-nin Təqaüd Proqramı üzrə təhsil alan tələbələrlə görüş keçirilmişdir

$
0
0
Görüşdə təhsil nazirinin müavini Ceyhun Bayramov, ölkəmizin Böyük Britaniyadakı səfirliyinin 1-ci katibi Vüsal Abdullayev, ARDNŞ-nin Böyük Britaniya nümayəndəliyinin rəhbəri Rüfət Əfəndiyev, səfirliyin tələbələr üzrə katibi Ayaz Mustafayev iştirak etmişlər. Səmimi və işgüzar mühitdə keçən görüşdə təhsil nazirinin müavini Ceyhun Bayramov ölkəmizdə təhsil sahəsinə göstərilən qayğıdan, dövlətimizin başçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təsdiq edilmiş təhsilin inkişafına dair yeni Dövlət proqramının perspektivlərindən söz açmışdır. ARDNŞ-nin Böyük Britaniyadakı nümayəndəliyinin rəhbəri Rüfət Əfəndiyev tələbələrə neft və qaz sənayesinə aid olan elmi və praktiki konfranslarda, sərgilərdə, yeni texnika və texnologiyalara aid müzakirələrdə fəallıq göstərmələrini tövsiyə etmişdir. Sonra Ceyhun Bayramov və Rüfət Əfəndiyev tələbələrin çoxsaylı suallarını cavablandırmışlar. Tədbirin sonunda xatirə şəkili çəkilmişdir.

Viewing all articles
Browse latest Browse all 808

Trending Articles