“Xidməti fəaliyyətin qiymətləndirilməsi” layihəsi çərçivəsində təlimlər ARDNŞ-nin İnsan resursları departamentinin Təlim və inkişaf şöbəsi tərəfindən təşkil olunur. 21-22 yanvar tarixlərində İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin 20 əməkdaşı, 23-24 yanvar tarixlərində isə Ekologiya İdarəsinin 10 işçisi üçün “Əməyin mühafizəsi və təhlükəsizlik texnikası” üzrə kurslar təşkil olunmuşdur. Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin binasında keçirilmiş kursların sonunda iştirakçılar arasında rəy sorğusu aparılmışdır. Sorğunun nəticələrinə görə dinləyicilər təlimdən razı qaldıqlarını bildirmişlər. Hazırda İTRİ və Ekologiya İdarəsində çalışan 80 nəfər əməkdaşa “Adaptasiya proqramı” çərçivəsində müvafiq təlimin təşkili məqsədilə hazırlıq işləri görülür.
↧