Quantcast
Channel: SOCAR News feed
Viewing all articles
Browse latest Browse all 808

Bolqarıstanın energetika, iqtisadiyyat və turizm naziri ARDNŞ-də olmuşdur

$
0
0
Qonaqları səmimi salamlayan Rövnəq Abdullayev Azərbaycan ilə Bolqarıstan arasında sıx dostluq əlaqələri qurulduğunu qeyd etmiş, iki ölkə arasında münasibətlərin inkişafında dövlət başçılarının qarşılıqlı səfərlərinin, görüş və fikir mübadilələrinin mühüm rol oynadığını bildirmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “21-ci əsrin müqaviləsi” adlandırılan “Şahdəniz-2” layihəsinin yekun investisiya qərarının imzalanmasını xüsusi qeyd edən Rövnəq Abdullayev ölkəmizin enerji təhlükəsizliyinin tam təmin olunduğunu, region ölkələrinin enerji təhlükəsizliyində aparıcı yer tutduğunu, eyni zamanda özünü bütün dünyada iri qaz ixracatçısı kimi təqdim etdiyini diqqətə çatdırmışdır. Azərbaycanda ixrac marşrutlarının diversifikasiyasına böyük əhəmiyyət verildiyini söyləyən Şirkət prezidenti yaxın perspektivdə Bolqarıstanla Azərbaycan arasında enerji sektorunda əməkdaşlığın daha yüksək templərlə inkişaf edəcəyinə əminliyini bildirmişdir.

Səmimi qonaqpərvərliyinə görə ARDNŞ-nin prezidentinə təşəkkür edən Bolqarıstanın energetika, iqtisadiyyat və turizm naziri Draqomir Stoynev iki dost ölkə arasında əməkdaşlıq münasibətlərinin həqiqətən də yüksək səviyyəyə qalxdığını söyləmiş, bu əlaqələrin gələcəkdə daha da genişlənəcəyinə, daha böyük intensivlik alacağına inamını ifadə etmişdir. Qonaq Azərbaycanla bütün sahələrdə, xüsusilə, enerji sektorunda əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını söyləmiş, bu sahədə qurulmuş əlaqələri yüksək qiymətləndirmişir. Draqomir Stoynev Azərbaycan qazının Avropaya nəql olunmasının böyük maraq kəsb etdiyini, Bolqarıstan hökuməti tərəfindən ixrac kəmərlərinin diversifikasiyası məsələsinə böyük önəm verildiyini vurğulamışdır. Nümayəndə heyətini təqdim edən nazir ARDNŞ ilə əməkdaşlığın inkişafında maraqlı olduqlarını bildirmişdir.

Görüşdə ARDNŞ-nin prezidenti Rövnəq Abdullayevə Azərbaycan qazının Bolqarıstana nəqli üçün mühüm əhəmiyyət daşıyan infrastruktur barədə, eləcə də bu istiqamətdə görülən işlər barədə ətraflı məlumat verilmişdir. Dolğun məlumat üçün təşəkkürünü bildirən ARDNŞ-nin prezidenti Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolunu bir daha qeyd etmişdir.

Sonda tərəflər əməkdaşlığın perspektivləri barədə geniş fikir mübadiləsi aparmışlar.

Viewing all articles
Browse latest Browse all 808

Latest Images

Trending Articles



Latest Images