Quantcast
Channel: SOCAR News feed
Viewing all articles
Browse latest Browse all 808

Qara Dəniz Universitetləri şəbəkəsinin Baş katibi professor Eden Mamut Bakı Ali Neft Məktəbində olmuşdur

$
0
0
BANM-nin rektoru Elmar Qasımov qonağı təhsil müəssisəsinin yaranma tarixi, qazanılmış uğurlar, tədris prosesinin Böyük Britaniyanın Heriot-Vatt Universitetinin proqramları və müasir texnologiyalar əsasında həyata keçirildiyi haqqında məlumatlandırmış və məzunlara hər iki ali təhsil müəssisəsinin diplomlarının veriləcəyini qeyd etmişdir. O, təhsil müəssisəsinin fəaliyyətində beynəlxalq əlaqələrin genişləndirilməsinin prioritet istiqamət olduğunu bildirmiş, bu istiqamətdə görülmüş işlər, Avropa ölkələrinin bir sıra aparıcı təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələri haqqında danışmışdır. Qeyd olunmuşdur ki, Qara Dəniz Universitetləri şəbəkəsi ilə əlaqələrin qurulması Neft Məktəbinin Qara Dəniz hövzəsi ölkələrinin aparıcı universitetləri ilə əməkdaşlığının genişləndirilməsində önəmli rol oynayacaq.

Qara Dəniz Universitetləri şəbəkəsinin Baş Katibi professor Eden Mamut rəhbərlik etdiyi təşkilatın Qara Dəniz hövzəsi ölkələrinin ali təhsil müəssisələri arasında mütəxəssis hazırlığı, elmi-tədqiqat işləri, informasiya, təcrübə mübadiləsi kimi istiqamətlər üzrə əlaqələrin qurulmasına xidmət etdiyini vurğulamışdır. Görüş zamanı Bakı Ali Neft Məktəbi ilə Qara Dəniz Universitetləri Assosiasiyasına üzv olan universitetlər arasında əməkdaşlığın perspektivləri müzakirə edilmişdir. Daha sonra professor Eden Mamut BANM-nin Qara Dəniz Universitetləri şəbəkəsinə üzv qəbul edildiyini təsdiqləyən sertifikatı təhsil ocağının rektoru Elmar Qasımova təqdim etmişdir. Görüşün sonunda BANM ilə Qara Dəniz Universitetləri şəbəkəsi arasında əməkdaşlığın genişləndirilməsinə verdiyi töhfələrə görə professor Eden Mamuta “Fəxri qonaq” diplomu təqdim edilmişdir.


Viewing all articles
Browse latest Browse all 808

Latest Images

Trending Articles



Latest Images