“Neftqazelmitədiqatlayihə” İnstitutunun layihəsi əsasında yataqdakı 1100 saylı meydançada 4 ədəd, 1201 saylı meydançada isə 2 ədəd vakuum kompressor qurğusu quraşdırılacqdır. Bu qurğular vasitəsi ilə hasilat zamanı havaya atılan sutkalıq 150 000 kubmetr qazın yığılaraq sahilə nəqli mümkün olacaqdır. Layihə çərçivəsində həmin alçaq təzyiqli qazların yığılıb ümumi nəqletmə sisteminə ötürülməsi üçün meydançalararası qaz xətlərinin çəkilişi də nəzərdə tutulur.
↧