“Cənubi Qaz Dəhlizi: fürsətlər və problemlər” mövzusuna həsr olunmuş forumun panellərində Dəhlizin Avropada iqtisadi inkişafa təsiri, Xəzər bölgəsi və Qərb arasında münasibətlərə töhfəsi kimi məsələlər, həmçinin TAP və TANAP layihələri haqda müzakirələr aparılmışdır. Çıxış edənlər Azərbaycanı iqtisadi sahədə qabaqcıl ölkələrdən biri kimi qiymətləndirmiş, Avropanın enerji təhlükəsiliyində mühüm rol oynayacaq TAP və TANAP qaz boru kəmərləri üçün əsas mənbə olacaq “Şahdəniz-2” layihəsinin əhəmiyyətindən danışmışlar. Səfir Fuad İsgəndərov Azərbaycanın Avropaya inteqrasiyasında, eləcə də region dövlətlərinin inkişafında bu layihələrin mühüm rol oynayacağını bildirmişdir. ARDNŞ-nin Belçika nümyəndəliyinin rəhbəri Vüsal Məmmədov TANAP-ın texniki baxımdan dünyanın ikinci böyük layihəsi olduğunu, “Şahdəniz-2” layihəsinin yeni iş və investisiya imkanları açacağını vurğulamışdır.
↧