Quantcast
Channel: SOCAR News feed
Viewing all articles
Browse latest Browse all 808

Böyük Britaniya Parlamentində “Azərbaycan-Böyük Britaniya enerji əməkdaşlığı'' mövzusunda tədbir keçirilmişdir

$
0
0
İki ölkə arasında mövcud tarixi əməkdaşlığın qarşıdakı perspektivlərinə həsr olunmuş tədbirdə Böyük Britaniyanın Energetika və iqlim dəyişkiliyi Dövlət Katibinin parlament müavini Baronessa Sandip Verma, Dövlət naziri David Lidinqton, Baş nazirin Azərbaycan və Türkmənistan üzrə ticarət elçisi Çarlz Hendri, Parlamentin Nümayəndələr Palatasının vitse-spikeri Eleanor Lainq, Lordlar Palatasının üzvləri, Parlamentin enerji məsələləri üzrə komissiyasının təmsilçiləri, BP şirkətinin Baş İcraçı Direktoru Robert Dadli, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə prezidenti Gordon Birrell, səfir və diplomatlar, Azərbaycan nümayəndə heyətinə daxil olan rəsmi şəxslər iştirak etmişlər. Mərasimi lord Riçard Rizbi açaraq azərbaycanlı qonaqları salamlamış, tədbirin əhəmiyyətindən danışmış, Böyük Britaniya-Azərbaycan iqtisadi əlaqələri, enerji əməkdalığı haqqında məlumat vermişdir. Tədbirdə çıxış edən ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev 20-ci əsrin əvvəllərində müsəlman Şərqində ilk demokratik respublika qurmuş Azərbaycanın bu gün də Avropaya inteqrasiya yolunda inamla irəlilədiyini bildirmiş, qeyd etmişdir ki, yüz il əvvəl olduğu kimi, yenə də Britaniya şirkətləri Azərbaycan neft-qaz sənayesinin inkişafında mühüm rol oynayır. O, çıxışını BP və ARDNŞ arasında 20 illik əməkdaşlığı yüksək qiymətləndirən Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarının “Şahdəniz-2” layihəsi üzrə yekun investisiya qərarının imzalanması mərasimində söylədiyi fikirlə davam etdirmişdir: “İmzalanan sazişlər bu əməkdaşlığın 40 il və hətta ondan da uzun müddət davam edəcəyinə imkan verəcəkdir”. ARDNŞ-nin prezidenti Azərbaycan və Böyük Britaniya arasında enerji sahəsində əməkdaşlığın elm, mədəniyyət, təhsil sahələrinə nüfuz edərək daha da genişləndiyini vurğulamışdır. Müzakirələrdə çıxış edən Lordlar Palatası üzvləri və digər iştirakçılar Azərbaycan və Böyük Britaniya arasında enerji əməkdaşlığının bundan sonra da davam edib dərinləşməsi üçün böyük perspektivlərin mövcud olduğunu ifadə etmişlər.

Viewing all articles
Browse latest Browse all 808

Latest Images

Trending Articles



Latest Images