3 nəfər quraşdırıcı - Səfədur Zəkərəliyev, Mənsim İmanov, Mais Süleymanov iş yerində olan xilasedicilərin və işçi yoldaşlarının köməkliyi ilə dərhal sudan çıxarılaraq Neft Daşlarındakı Tibb-sanitar hissəsinə çatdırılmışlar, vəziyyətləri normaldır. Suya düşənlərdən bir nəfəri -“Neftqaztikinti” trestinin 7 saylı TQİ-nin V dərəcəli quraşdırıcısı, 1956-cı il təvəllüdlü Hacıyev Musa Mirzəhüseyn oğlu isə dənizdə itkin düşmüşdür. Dalğıc gəmiləri hadisə yerinə səfərbər olunmuş, axtarış işləri nəticəsində M.Hacıyevin cəsədi 19:00 radələrində dənizdən çıxarılaraq sahilə göndərilmişdir. Hadisə ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi Xidmətinin əmri ilə yaradılmış komissiya araşdırmalara başlamışdır. Araşdırmanın nəticələri haqqında ictimaiyyətə məlumat veriləcəkdir.
↧