Ötən dövr ərzində «Azneft» İstehsalat Birliyi üçün mürəkkəb konfiqurasiyaya malik müxtəlif nasos hissələri, dəniz mədənləri üçün bir neçə komplekt TOPAS-15 və TOPAS-75 markalı bioloji sutəmizləyici qurğu hazırlanmış, Heydər Əliyev adına Bakı Neft Emalı zavodunun müxtəlif növ istilik-dəyişdiricilərinin boru dəstləri və s. təmir olunaraq, neft emalçılarına çatdırılmışdır. Təmirçilərin ən böyük uğuru isə Etilen-polietilen zavodunun «EP-300» kompleksinin kompressorlarından birinin hidroblokları üçün ilk dəfə olaraq kipləşdiricilərin hazırlanma texnologiyasının mənimsənilməsi olmuşdur. Mexaniki-təmir zavodunda ötən il quraşdırılmış unikal emal dəzgahlarının, o cümlədən kompüter sistemi üzrə işləyən «LAQUN» dəzgahının istifadəyə verilməsi sayəsində son 10 ildə ilk dəfə olaraq hidroblokun kipləşdiricilərinin hazırlanmasına nail olunmuşdur. Qənaət rejimində işləyən təmirçilər 6 ayda xeyli miqdarda elektrik enerjisinə qənaət etmiş, əmək məhsuldarlığını yüksəltməyə, məhsul vahidinin maya dəyərinin azaldılmasına nail olmuşlar.
↧