Bu sahədə görülmüş işlərin nəticəsidir ki, 2013-cü ilin ilk 6 ayı ərzində təbii qazdan istifadə qaydalarının pozulmasına görə ümumilikdə 15077 istehlakçıdan 6802 əhali və 350 qeyri-əhali abonentinin qaz təsərrüfatına müvafiq “qüsur aktı” tərtib olunmuş, o vaxta qədər təbii qazdan qeydiyyatsız istifadə edən 7925 istehlakçı isə abonent bazasında qeydiyyata alınmışdır. Tərtib olunmuş “qüsur aktları” əsasında itirilmiş təbii qazın bərpası üzrə 3094313 manat dəyərində dəymiş ziyan hesablanmışdır.
↧