Quantcast
Channel: SOCAR News feed
Viewing all articles
Browse latest Browse all 808

Rumıniyada “SOCAR” brendi ilə 30-cu YDM istifadəyə verilmişdir

$
0
0
Açılış mərasimində ARDNŞ-nin Rumıniya nümayəndəliyinin rəhbəri Həmzə Kərimov, Azərbaycan Respublikasının Rumıniyadakı səfirliyinin, Arad şəhər icra hakimiyyəti və yerli dövlət qurumlarının nümayəndələri və KİV təmsilçiləri iştirak etmişlər.



Rumıniyada SOCAR məntəqələri arasında ən geniş torpaq sahəsinə malik YDM-də Benzin 95 və 98, Dizel Euro 5 və Dizel Super Euro 5 tipli yanacaq məhsullarının satışı həyata keçiriləcəkdir. Məntəqədə 4 sayğac quraşdırılmış, 6 kiçik və 2 böyük avtonəqliyyat vasitələrinin eyni zamanda yanacaqla təmin edilməsi üçün şərait yaradılmışdır. Digər YDM-lərdə olduğu kimi, Arad məntəqəsində də müştərilərə “Nar” kafedə ənənəvi Azərbaycan məhsulları, 24 saat pulsuz internet xidməti təqdim olunur. Qeyd edək ki, SOCAR Rumıniyanın artıq 13 regionunda - Botoşan, Suçeava, Nyamts, İaşi, Bihor, Buzau, Bakau, Vrancea, Timiş, İlfov, Kluj, Valcea və Aradda yanacaqdoldurma məntəqələrinə malikdir.




Viewing all articles
Browse latest Browse all 808

Latest Images

Trending Articles



Latest Images